İrandakı etirazlarda ölənlərin sayı 419-a ÇATIB

İrandakı etirazlarda ölənlərin sayı 419-a ÇATIB

Hazırda oxunan: İrandakı etirazlarda ölənlərin sayı 419-a ÇATIB

105411

İranda etirazlar başlayandan bəri 419 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Telegram-da ABŞ-da yerləşən “İnsan Haqları Müdafiəçiləri İranda” təşkilatı yayıb.

İlkin məlumatlara görə, ölənlər arasında 58 nəfər 18 yaşdan kiçikdir.

Qeyd olunur ki, 17 sentyabrdan indiyədək 17 451 vətəndaş həbs edilib. Onlardan 3024 nəfərin kimliyi və saxlandığı yer məlum deyil. Eyni zamanda həbs olunanların 540-ı tələbədir. Nümayişlərə 142 universitetdən tələbələrin qatıldığı vurğulanır.

Məlumata görə, ölkənin 155 şəhərini əhatə edən aksiyalar zamanı güc strukturlarının 54 nümayəndəsi həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO