“Son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək” - Hulusi Akar

“Son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək” - Hulusi Akar

Hazırda oxunan: “Son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək” - Hulusi Akar

105332

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.

Bizim.Media xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb və buna böyük həssaslıqla yanaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə PKK terrorçularına qarşı əməliyyat keçirdi - VİDEO


Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib: “Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb”.

Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO