Türkiyədəki terrorda yaralananların 71-i xəstəxanalardan buraxılıb – FOTO 

Türkiyədəki terrorda yaralananların 71-i xəstəxanalardan buraxılıb – FOTO 

Hazırda oxunan: Türkiyədəki terrorda yaralananların 71-i xəstəxanalardan buraxılıb – FOTO 

105273

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktında xəsarət alan 71 nəfər xəstəxanadan buraxılıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabında qeyd edib.

"İstiqlal küçəsində baş verən terrorda yaralanan 81 nəfərdən 71 nəfər artıq xəstəxanadan evə buraxılıb. 10 nəfərin müalicəsi isə davam edir. Bunlardan səkkizinin müalicəsi tibbi yardım şöbəsində davam edir, iki nəfər  isə reanimasiyadadır", - deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Əhlam Əlbəşir saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO