Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan hakim partiyanın fraksiya üzvləri ilə qapalı görüş keçirib.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi bəlli deyil. Bu barədə mətbuata hər hansı məlumat verilməyib.
Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, Paşinyan partiyasının fraksiya üzvləri ilə görüşdə böyük ehtimalla Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan görüşü, sülh müqaviləsinin detallarını müzakirə edib:
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Qarabağdakı sülhməramlıların mandatının uzadılması təklifimiz rədd edildi”
“İndi əsas məsələ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşüdür. Hazırda əsas məsələ odur. Düşündüyüm qədər Vaşinqton görüşü müəyyən nəticələr verib. Sadəcə olaraq, onun nəticələri hələlik ictimaiyyətə açıqlanmır.
Azərbaycan XİN rəhbəri bildiri b ki, yaxın müddətdə İrəvanla sülh sazişi müzakirə oluna bilər. Bu o deməkdir ki, bu və ya digər şəkildə artıq sülh sazişinin mətni hazırdır. Sadəcə olaraq müəyyən detallarla bağlı fikir mübadiləsi aparılır. Paşinyan da yəqin ki, öz partiyasının fraksiya üzvlərilə görüşdə həmin detalları müzakirə edib”.
O daha sonra qeyd edib ki, ola bilsin ki, məsələnin ictimai müzakirəyə çıxarıb-çıxarılmaması ilə bağlı mübahisə olub:
“Paşinyan bu yolla çalışır ki, üzərinə düşən məsuliyyəti partiyasındakı digər üzvlərin də üzərinə atsın. Ona görə də belə müzakirələr aparıb”.
Rüfət Sultan, Bizim.Media