Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra ərzaq daşıyan gəmilər hələlik Ukrayna limanlarını tərk etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, İstanbul boğazı ətrafında taxıl yüklü gəmilərin yoxlanılması bu gün və sabah davam edəcək. Açıqlamada bildirilir ki, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri yaranmış vəziyyəti həll etmək üçün Rusiya və Ukraynadan olan həmkarları ilə danışıqlar aparır.
Qeyd edilir ki, Türkiyə regionda sülhün təmin edilməsi və humanitar əməliyyatların aparılması üçün səylərini davam etdirəcək.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, taxıl sövdələşməsi başlayandan indiyədək dəniz humanitar dəhlizi ilə 9,3 milyon ton taxıl ixrac edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
02:51 / 31.10.2022
Türkiyə gəmilərin Ukraynanı tərk etməyəcəyini bəyan etdi
Hazırda oxunan: Türkiyə gəmilərin Ukraynanı tərk etməyəcəyini bəyan etdi
Hazırda oxunan: Türkiyə gəmilərin Ukraynanı tərk etməyəcəyini bəyan etdi
101944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.