Paşinyan: “KTMT mövcud deyil”

Paşinyan: “KTMT mövcud deyil”

Hazırda oxunan: Paşinyan: “KTMT mövcud deyil”

101801

“2021-ci ilin yanvar razılaşmasının mühüm məqamlarından biri də Ermənistanın sərhədlərinin müttəfiqlərimiz üçün qırmızı xətt olması idi”.  

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu oktyabrın 29-da hakim “Mülki Müqavilə” partiyasının qurultayında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“2021-ci il mayın 12-də azərbaycanlılar sərhədi pozanda biz beynəlxalq sənədlər əsasında qırmızı xəttin pozulduğunu və işə salınmalı olan mexanizmlərin olduğunu bildirdik. O zaman bizə dedilər:

“Bəli, amma sərhəd demarkasiya olunmayıb”. KTMT-nin bu bəyanatı bir şeyi ifadə edir - KTMT mövcud deyil, çünki KTMT-nin üzv dövlətlərinin sərhədləri daxilində qapalı olan məsuliyyət zonası var. Əgər dövlətlərdən birinin sərhədi yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur, yəni təşkilatın özü də yoxdur”, - deyə o qeyd edib. 

Paşinyan əlavə edib ki, Rusiya kimi KTMT-nin də ikitərəfli formatda öhdəlikləri var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO