"Azərbaycanla baza prinsipləri üzrə əlaqələrin qurulmasına razıyıq" - Paşinyan

Hazırda oxunan: "Azərbaycanla baza prinsipləri üzrə əlaqələrin qurulmasına razıyıq" - Paşinyan

101579

"Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib". 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında bildirib. 

Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır. 

“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - Ermənistan Baş naziri əlavə edib. 

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO