Sentyabr ayında ölən 201 erməni hərbçinin kimliyi müəyyən edilib 

Sentyabr ayında ölən 201 erməni hərbçinin kimliyi müəyyən edilib 

Hazırda oxunan: Sentyabr ayında ölən 201 erməni hərbçinin kimliyi müəyyən edilib 

100299

Sentyabr ayında Azərbaycanla sərhəddə ölən 201 erməni hərbçinin meyitinin şəxsiyyəti müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bunu oktyabrın 20-də jurnalistlərə müsahibəsində Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.

O, qeyd edib ki, şəxsiyyəti müəyyən edilməyən meyit qalmayıb.

Nazir bildirib ki, 44 günlük müharibə zamanı ölən və şəxsiyyəti müəyyən edilən bəzi hərbçilərin qalıqları hələ də dəfn olunmayıb. Eyni zamanda, o, konkret rəqəm söyləməyib.

Avanesyan vurğulayıb ki, Niderlandda 44 günlük müharibə zamanı ölən hərbçilərin naməlum qalıqlarının iki dəfə ekspertizası aparılıb. 

“Elə qalıqlar var ki, onları hətta Niderlandda da müəyyən etmək mümkün olmayıb”, o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO