Tərtərdə şəhidlərə həsr olunan kitabın təqdimatı olub - FOTO  

Tərtərdə şəhidlərə həsr olunan kitabın təqdimatı olub - FOTO  

Hazırda oxunan: Tərtərdə şəhidlərə həsr olunan kitabın təqdimatı olub - FOTO  

99982

Tərtərdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” layihəsi çərçivəsində nəşr edilən eyni adlı kitabın təqdimatı keçirilib.  

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, təqdimatda şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri iştirak edib. 

Dövlət himinin səsləndirilməsi, şəhidlərin xatirəsinin yad edilməsi ilə başladılan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər çıxış edənlər 44 günlük Vətən müharibəsindən, müharibə zamanı Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdiyi terror əməllərindən geniş söhbət açıb.  

Həmçinin tarixi qələbənin əldə edilməsində dövlət rəhbəri tərəfindən aparılmış uğurlu siyasət, habelə cəbhədə hər bir qarış torpağın azad edilməsində böyük əməyi olan şəhid və qazilərin rolu diqqətə çatdırılıb.  
Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev “And yerimiz şəhidlər” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Tərtər, Bərdə və Bakının Nizami rayonundan olan şəhidlər haqqında məlumatlar verilib.  

Sonda tədbir iştirakçılarına “And yerimiz şəhidlər” kitabı paylanıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO