Ukrayna İranı terrorçu dövlət kimi tanıyacaq – Layihə Ali Radaya təqdim edildi

Ukrayna İranı terrorçu dövlət kimi tanıyacaq – Layihə Ali Radaya təqdim edildi

Hazırda oxunan: Ukrayna İranı terrorçu dövlət kimi tanıyacaq – Layihə Ali Radaya təqdim edildi

99963

Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu parlamentin deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.

“İran özünü şər oxuna daxil etdi və müharibənin iştirakçısına çevrildi. Bizim bu rejimlə heç bir diplomatik, iqtisadi və ya hər hansı münasibətimiz olmamalıdır. İran tezliklə azad və demokratik olacaq”, deyə o, qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Ukrayna prezidenti Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib.

UNIAN yazır ki, Kuleba bu barədə onlayn brifinq zamanı danışıb.

O, qeyd edib ki, İranın hərəkətləri alçaqlıqdır:

“Biz rəsmi Tehranın yalanlarına dözməyəcəyiik. Özü də İran bütün bu hərəkətlərini müharibəyə qarşı olduğunu və heç bir tərəfə silah verməyəcəyini bildirdikdən sonra etdi”, - XİN rəhbəri bildirib.

"Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət Tehranın üzərinə düşür. İranın pilotsuz təyyarələri Ukraynanın mülki infrastrukturuna çoxsaylı zərbələr endirir, dağıntılar törədir,  xalqımıza iztirablar verir. Rusiyaya silah tədarük etsəniz, mən Ukrayna prezidentinə İranla diplomatik münasibətləri kəsmək təklifini verirəm”, - Kuleba vurğulayıb.
"Biz heç vaxt anti-İran mövqeyini tutmamışıq. Amma İran Kremlin işğalçılıq cinayətinə şərik olduqdan sonra bu gün biz çox aydın və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırsa, bütün münasibətləri bərpa edəcəyik”, - Kuleba yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO