Ombudsmana yeni hüquq verilir - Şikayət araşdırılarkən çəkiliş aparılacaq

Ombudsmana yeni hüquq verilir - Şikayət araşdırılarkən çəkiliş aparılacaq

Hazırda oxunan: Ombudsmana yeni hüquq verilir - Şikayət araşdırılarkən çəkiliş aparılacaq

99883

İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin hüquqları artırılır.

Bizim.Media xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.
Eyni zamanda sənəddə bildirilib ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək.

Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO