ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan xalqına TƏBRİK

ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan xalqına TƏBRİK

Hazırda oxunan: ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan xalqına TƏBRİK

99844

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını müstəqilliyin bərpası münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO