Google şirkəti Azərbaycanı belə təbrik etdi – FOTO

Google şirkəti Azərbaycanı belə təbrik etdi – FOTO

Hazırda oxunan: Google şirkəti Azərbaycanı belə təbrik etdi – FOTO

99828

Google şirkəti Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə doodl həsr edib.

Bizim.Media xəbər verir ki, doodl google.az saytının yuxarı hissəsində yerləşdirilib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib və  Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO