"Real" Benzema ilə müqaviləsini yeniləyəcək

Hazırda oxunan: "Real" Benzema ilə müqaviləsini yeniləyəcək

99814

"Real" yaxın vaxtlarda futbolçusu Kərim Benzema ilə müqaviləsini yeniləyəcək.  

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün razılaşıb.

Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO