Rusiyanın Eysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatında foto və video görüntülər yayımlanıb.
Bildirilib ki, hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralıların olduğu istisna edilmir. Rusiya hərbi jurnalistləri təyyarənin 277-ci alayın Su-34 hərbi təyyarəsi olduğunu yazır.
Hava gəmisinin kapitanı paraşütlə özünü təyyarədən atmağı bacarıb.
Bizim.Media