"Real" yaxın vaxtlarda futbolçusu Kərim Benzema ilə müqaviləsini yeniləyəcək.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün razılaşıb.
Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:47 / 17.10.2022
"Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi
Hazırda oxunan: "Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi
Hazırda oxunan: "Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi
99763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.