Ermənilərin törətdiyi cinayətlərə görə 87 cinayət işi başlanılıb - RƏSMİ

Ermənilərin törətdiyi cinayətlərə görə 87 cinayət işi başlanılıb - RƏSMİ

Hazırda oxunan: Ermənilərin törətdiyi cinayətlərə görə 87 cinayət işi başlanılıb - RƏSMİ

99732

"27 sentyabr 2020-ci il tarixdən etibarən ermənilərin törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluqda 87 cinayət işi başlanılıb". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycandakı diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. 

“39 cinayət işi bilavasitə mülki əhaliyə qarşı törədilənlər - qəsdən öldürülmə və sağlamlığa ağır zərər vurma, 26 cinayət işi mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin öldürülməsi və sağlamlıqlarına zərər vurma, 8 cinayət işi Qarabağ ərazisində muzdluların qanunsuz silahlı birləşmələrə cəlb olunması, 4 cinayət işi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz cağırışlarla bağlı olub.

3 cinayət işi strateji obyektlərin ağır silahlarla vurulması, hədəfə alınması, 3 cinayət işi isə işğal altında olan ərazilərdə tarixi, mədəniyyət abidələrin məhv olunması ilə bağlı olub. 

Eləcə də Vətən müharibəsi dövründə fosfor mərmilərdən istifadə, Azərbaycan ərazilərinə ermənilərin qanunsuz köçürülməsi və Azərbaycan bayrağının üzərində təhqiredici hərəkətlərlə bağlı faktlara dair cinayət işləri açılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO