Avtomobillərin ehtiyat hissələri yenidən BAHALAŞACAQ 

Avtomobillərin ehtiyat hissələri yenidən BAHALAŞACAQ 

Hazırda oxunan: Avtomobillərin ehtiyat hissələri yenidən BAHALAŞACAQ 

99680

Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının  bahalaşdığı bildirilir.

Ekspertlər səbəbi Ukraynada baş verən hadisələrdən dolayı son aylar qeyri-ərzaq məhsullarının qiymətlərindəki ciddi dəyişikliklərlə əlaqələndirirlər. 

Bəs, növbəti aylarda vəziyyət necə olacaq?

Nəqliyyat məsələlələri üzrə ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında səbəbi dünya bazarında xammalın və neftin qiymətinin  yüksəlməsi ilə izah edib:

“Bura daşınma qiymətlərini də əlavə etmək olar. Hər iki kvartaldan, yəni 6 aydan bir avtomobillər üçün ehtiyat hissələrinin qiymətində artım təxminən 2 faiz olur. Lakin mənim müşahidələrimə görə Azərbaycandakı rəsmi avtomobil servis mərkəzlərindəki ehtiyat hissələrinin qiymətləri bu mövsümdə yüksəlməyib. Son qiymət artımı aprel ayında baş verib. İndiki dövrdə hələki ehtiyat hissələrində qiymət artımı olmayıb”.

Ekspert mühərrik yağlarının bahalaşması məsələsinə də toxunub. O, qeyd edib ki, neft qiymətləri yüksəldikcə, neftdən istehsal olunan əmtəə də bahalaşır:

“Düşünürəm ki, qarşıdakı aylarda, konkret desək ilin sonunda həm ehtiyat hissələri, həm də mühərrik yağlarının qiymətləri 2 faiz yüksələcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO