Sumqayıt - Bakı qatarında OLAY – Sərnişinin halı pisləşdi 

Sumqayıt - Bakı qatarında OLAY – Sərnişinin halı pisləşdi 

Hazırda oxunan: Sumqayıt - Bakı qatarında OLAY – Sərnişinin halı pisləşdi 

99624

Bu səhər saat 7:40-da Sumqayıtdan Bakıya doğru hərəkət edən sürət qatarında hadisə baş verib.  

Bizim.Media xəbər verir ki, sürət qatarı Goradil stansiyasına yaxınlaşarkən sərnişinlərdən birinin halı qəfildən pisləşib.

Qatar heyəti təcili yardım çağırmaq məcburiyyətində qalıb. Pirşağı stansiyasında halı pisləşən xanım sərnişin təcili yardım briqadasına təhvil verilib. Sonra qatar yoluna davam edib.

Nəticədə, qatar mənzil başına bir qədər gec çatıb. 

Şahidlərin dediyinə görə, xanım sərnişinin halının pisləşməsinə səbəb ekonom-klas vaqonlarındakı sıxlıq olub. 
Qeyd edək ki, bu Sumqayıt-Bakı sürət qatarında baş verən ilk hadisə deyil. Bundan əvvəl də bir neçə dəfə qatarda sıxlıq səbəbindən sərnişinlərin halı pisləşib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO