MEDİA-nın canlı yayımı nümunəsi — Hər kəsin suallarına cavab verildi

MEDİA-nın canlı yayımı nümunəsi — Hər kəsin suallarına cavab verildi

Hazırda oxunan: MEDİA-nın canlı yayımı nümunəsi — Hər kəsin suallarına cavab verildi

99560

Əsas peşələri vətəndaşları maraqlandıran məsələləri araşdırmaq və cavab tapmaq olan jurnalistlər bu dəfə birbaşa özləri ilə bağlı məsələni öyrənməyə tələsirdilər. Söhbət Media Reyestri İnformasiya Sistemindən gedir.

Bizim.Media “demokrat.az” saytına istinadən xəbər verir ki, bu sistemin həm medianın “reket jurnalistlər”dən təmizlənməsi, həm də jurnalistlərin sosial məsələlərinin həllində rol oynayacaq platformanın yaradılması, eləcə də çoxsaylı faydalarının olacağı bəllidir. 

Dünya təcrübəsində də belə platformalar geniş yayılıb. Media Reyestri İnformasiya Sisteminini araşdıran, bu haqda məlumatlar, məqalələr yayımlayan jurnalistlər nəhayət ki, öz suallarına da cavab tapa bildilər.
Misal üçün, sistem necə işləyəcək, reyestrdə qeydiyyatdan keçmək necə olacaq, hansı şərtlərdə reyestrə düşmək, yaxud bunun əksi ola bilər kimi çoxsaylı suallar var idi.

Medianın İnkişafı Agentliyinin əməkdaşları bu suallara aydınlıq gətirmək məqsədilə Agentliyin sosial şəbəkə hesabından canlı yayım açdılar və bütün suallara ətraflı şəkildə aydınlıq gətirdilər. Bir saata yaxın davam edən canlı yayımda onlarla sual ünvanlandı və agentliyin əməkdaşları peşəkarlıqla bu sualları cavablandırdı.

Bu, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirilməsi ilə yanaşı, həm də dövlət orqanları üçün nümunə olması baxımından da əhəmiyyətlidir.

Xüsusilə sosial şəbəkə üzərindən təmasın qurulması vacib məqamdır, çünki artıq sosial media müasir media trendinin bir parçasıdır və burada heç bir kənar müdaxilə olmadan birbaşa ünsiyyət qurulur.

Agentlik bu canlı yayımı hansısa televiziya vasitəsilə də edə bilərdi, bu imkanları da kifayət qədərdir, amma o zaman, nə suallar bu qədər əhatəli, nə də ünsiyyət birbaşa olacaqdı və nəticədə effekti azalacaqdı. Sosial medianın imkanlarından istifadə isə ən unikal yoldur.

Medianın İnkişafı Agentliyinin bu addımı digər dövlət orqanları üçün nümunə ola bilər. Dövlət orqanları bu töcrübədən yararlanaraq, vətəndaşlarla sosial media üzərindən əlaqələr yaradarsa, sualları birbaşa təmasla cavablandırarsa, problemlərin həllinə də kifayət qədər effekt verər.
İndiyə qədər ölkədə nadir halda dövlət orqanları sosial media üzərindən belə addım atır. Bundan sonra Medianın İnkişafı Agentliyinin bu təcrübəsi səmərəli addım kimi istifadə edilməlidir. İlk nümunəni MEDİA etdi!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO