İlon Maskın örtük altında gizlədilən sirli modelləri - FOTO

İlon Maskın örtük altında gizlədilən sirli modelləri - FOTO

Hazırda oxunan: İlon Maskın örtük altında gizlədilən sirli modelləri - FOTO

9955

Bizim.Media “Motor.ru”-ya istinadən xəbər verir ki, “Gabeincal” YouTube kanalının müəllifləri dronlarla yüksəklikdən İlon Maska məxsus olan “Tesla” şirkətinin ABŞ-ın Kaliforniya ştatının Frimonte şəhərindəki fabrikini çəkiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanla İlon Mask telefonla danışdı - FOTO


Görüntülər arasında fabrikin ərazisindəki binalar və yan-yana düzülmüş vaqonların arasında ağ örtüklərlə örtülmüş 3 sirli avtomobil də kameraya tuş gəlib.

Kadrlarda “Tesla S” və “Tesla X”-ə bənzər, avtomobilin banının kənarları iti, sərt spoyler və uzanan kapotlu siluetlər göstərilir. 

Məlumatda bildirilir ki, bunlar “Tesla” elektromobillərinin yeni modelləridir. Maraqlıdıdr ki, bundan əvvəl “Tesla” yeni dizayn olunan avtomobillərini heç vaxt belə, yəni çadırın altında gizli saxlamayıb. 

Şirkətin hazırda satışda olan “Tesla S” və ”Tesla X” modelləri müvafiq olaraq 2012- 2015-ci illərdə istehsal olunsa da indiyədək heç bir dəyişiklik edilməyib. 

Qeyd edək ki, keçən ilin iyul ayında “Tesla” şirkəri “Palladium” adlı ortaq bir layihə çərçivəsində hər iki modelin yeni dizaynını hazırladığını bəyan edib.

Bəyanatda Fremont və Nevadakı fabriklərdə baş tutacaq ciddi dəyişikliklər xüsusi vurğulanıb. 

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO