Qusarda şəhidlərin xatirəsinə bağ salındı – FOTO

Qusarda şəhidlərin xatirəsinə bağ salındı – FOTO

Hazırda oxunan: Qusarda şəhidlərin xatirəsinə bağ salındı – FOTO

99398

Qusar şəhər 4 saylı orta məktəbin həyətyanı sahəsində "Şəhid bağı" salınıb.  

Bizim.Media-nın regionl bürosu məlumat verir ki, Vətən müharibəsindən sonra bağda Qusardan olan 37 şəhidin hər birinin adına bir ağac əkilib.  

Bu günlərdə həmin ağaclardan biri çiçək açıb. Verilən məlumata görə, Vətən müharibəsi şəhidi Ağa Ağayevin adına əkilmiş armud ağacı ötən gün çiçək açıb. 

Qeyd edək ki, Ağa Ağayev Qusarın Yeni Həyat kəndində doğulub. O, 19 yaşında şəhadətə ucalıb. Ailənin yeganə oğlu Ağa Ağayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilib. 

Məktəb kollektivi Qusarın 37 şəhidinin adına əkilmiş hər ağacın belə çiçək açacağına ümid edir.

Əkilən ağaclardan 5-i yaxşı bitmədiyindən yenisi əkiləcək. Məktəbin müəllim və şagirdləri "Şəhid bağı"ndakı ağaclara həvəslə qulluq edirlər. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO