Qırğızıstan səfərində prezidentə təqdim edilən kitabda NƏLƏR VAR? - FOTO

Qırğızıstan səfərində prezidentə təqdim edilən kitabda NƏLƏR VAR? - FOTO

Hazırda oxunan: Qırğızıstan səfərində prezidentə təqdim edilən kitabda NƏLƏR VAR? - FOTO

99353

11 oktyabr tarixində prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri dostluq, qardaşlıq simvolları ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, görüşdə Qırğızıstan prezidenti Sadır Japarov prezident İlham Əliyevə "Qırğızlar" haqqında kitab hədiyyə edib.

4 dildə tərcüməsi olunan kitab Azərbaycan dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çevrilib. Kitabda qırğızların adət-ənənələri, tarixi, dahi şəxsiyyətləri haqqında məlumatlar toplanıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevə Azərbaycan dilində yazılmış  kitab təqdim edildi - FOTO-VİDEO


İlham Əliyev kitabın mühüm əhəmiyyətə sahib olduğunu, iki ölkənin bir-birinin tarixi ilə fəxr etməli olduğunu bildirib.

Kitabın Çingiz Aytmatov haqqında bəhs edilən hissəsində yazıçının Bakıya səfərindən bəhs edilib:

"Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda "Çıngiz Aytmatov" ili elan olunub. Dünya şöhrətli yazıçının birinci və axırıncı yubiley mərasimi türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşəbbüsü ilə Bakıda keçirilib. Həmin yubiley mərasimi çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək, onu №1 "Dostluq" ordeni ilə təltif edib".

Qeyd edək ki kitabın müəllifi Kanıbek İmanaliyevdir. Azərbaycan dilinə Munisə Dadaşqızı tərcümə edib, redaktoru Vəli Əkbərdir.

Həmçinin İlham Əliyevə təqdim edilən Heydər Əliyev haqqında albomun materialları  və görüş zamanı nümayiş etdirilən "İki dahi şəxsiyyət" filmi də türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə hazırlanıb.

Filmdə Heydər Əliyevin Qırğızıstan səfərinə aid videomaterillardan istifadə edilib.

Rəsmi qəbul zamanı İlham Əliyev Heydər Əliyevin Qırğızıstana Manasın 1000 illik yubileyinə olan səfərinin görüntülərinin çox təsirli olduğunu bildirib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO