Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramova qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 28-ə təyin olunub.
Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib.
Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş.
Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar.
İstintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan eidlib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:16 / 14.10.2022
Sabiq deputata qarşı dələduzluq edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Hazırda oxunan: Sabiq deputata qarşı dələduzluq edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Hazırda oxunan: Sabiq deputata qarşı dələduzluq edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
99312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.