“ACG” və “Şahdəniz”dən indiyədək hasil edilən qazın HƏCMİ

“ACG” və “Şahdəniz”dən indiyədək hasil edilən qazın HƏCMİ

Hazırda oxunan: “ACG” və “Şahdəniz”dən indiyədək hasil edilən qazın HƏCMİ

99244

2022-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib. 
 
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 16,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur. 9 ay ərzində Avropaya 8,3 milyard kubmetr, Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 oktyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 200 milyard kubmetr, “Şahdəniz”dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 122,6 milyard kubmetr həcmi ixraca nəql edilib. 
2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib. 

Hesabat dövründə 19,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,6 milyon tona yaxın konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür. /

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2022-ci il tarixinədək 600,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 561,8 milyon ton neft, “Şahdəniz”dən isə 39,1 milyon ton kondensat çıxarılıb.

Bundan cari ilin 01 oktyabr tarixinədək 599 milyon tonu ixraca nəql edilib. 

2022-ci ilin 9 ayı ərzində ölkədə neftin emalı 4,5 milyon ton təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO