Kürdəmirdə toyda döyülən müğənninin kimliyi bəlli oldu - YENİLƏNİB 

Kürdəmirdə toyda döyülən müğənninin kimliyi bəlli oldu - YENİLƏNİB 

Hazırda oxunan: Kürdəmirdə toyda döyülən müğənninin kimliyi bəlli oldu - YENİLƏNİB 

99206

Kürdəmirdə toyda döyülən müğənninin kimliyi məlum olub. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, toy mərasimində döyülən müğənni Nurlan Əliyevdir. 

Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

10.54

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliynin mətbuat xidmətindən məlumat verilib.  

Məlumatda qeyd olunur ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  

Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.  

Hadisə ilə bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO