“Ermənilər etiraf etməyə məcbur olacaqlar” – AŞPA-dan Fazil Mustafa məlumat verir

“Ermənilər etiraf etməyə məcbur olacaqlar” – AŞPA-dan Fazil Mustafa məlumat verir

Hazırda oxunan: “Ermənilər etiraf etməyə məcbur olacaqlar” – AŞPA-dan Fazil Mustafa məlumat verir

99205

Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın soydaşımızla bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının gündəliyinə salınıb. Bundan əlavə Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar da AŞPA-da müzakirə eiləcək.

Bununla bağlı Strasburqda olan Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fazil Mustafa ilə əlaqə saxladıq.

Millət vəkili Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu məsələ tərəfimizdən gündəmə gətirilməsi təsadüfi deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün AŞPA-nın payız sessiyası başlayır


“İndiki vəziyyətdə, yəni Ermənistanın hərbçilərimiz haqqında səsləndirdikləri əsassız fikirlərə Azərbaycanın verdiyi reaksiya ilə Ermənistanın verdiyi reaksiya göz qabağındadır.

Ermənistanda bununla bağlı hər hansı bir cinayət işi açılmayıb, araşdırılma aparılmır. Buna heç təşəbbüs də göstərilmir. Bu da onu göstərir ki, Ermənistan qanlı keçmişinin üzərinə bir pərdə çəkmək istəyir. Özünün məsumluğunu ortaya qoymaq istəyir.
Halbuki, bu qədər cinayətlərin arxasında məhz Ermənistan dövləti dayanır. Ona görə də 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məsələ də daima gündəmə gətirilir. Gedişat onu göstərir ki, ermənilər gec-tez məcbur olub bu məsələ ilə bağlı məlumat verəcəklər, cinayətlərini etiraf edəcəklər. Nəticədə, biz 4 minə yaxın soydaşımız haqqında dəqiq bilgi alacağıq”. 

Fazil Mustafa onu da əlavə etdi ki, çox güman ki, soydaşlarımız kütləvi məzarlıqlarda dəfn olunublar. Ehtimal edirik ki, soydaşlarımız qətl edilməmişdən əvvəl onların orqanları çıxarılaraq satılıb. Məhz buna görə ermənilər bu faktı gizlətməyə çalışırlar.
Çünki, bu əsrin cinayətidir, insanlığın faciəsidir. Ona görə də biz sona qədər gedib AŞPA-da da, başqa platformalarda həqiqətin üzə çıxmasına nail olacağıq. Yəqin ki, gec-tez bu məsələyə həm siyasi, həm də hüquqi qiymət veriləcək və ermənilərin türklərə qarşı soyqırımı törətdiyini sivilizasiya biləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO