Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - FOTO/VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - FOTO/VİDEO

Hazırda oxunan: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - FOTO/VİDEO

99195

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. 

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. 

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.

İclas işini geniş tərkibdə davam etdirir.

İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mir” Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif edib.

İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırıldı. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçilib.

Daha sonra sənədlər imzalanıb.

Bununla da Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başa çatıb.

Bizim.Media




 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO