Ukrayna Prezidenti Volodimir Zelenski bir çox dünya liderləri ilə münasibətinin yaxşı olduğunu və hətta Fransa Prezidenti Emmanuel Makronun ona birbaşa votsapdan zəng etməyə icazə verdiyini deyib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.
“Həqiqətən də Boris Conson, Duda, Latviya və Litva liderləri ilə yaxın münasibətim var, onlar mənim istənilən vaxt zəng edə biləcəyim insanlardır. Emmanuel Makron həmişə mənə deyir ki, siz mənə votsapdan zəng edin”.
Zelenskinin sözlərinə görə, ölkəsindəki hazırkı vəziyyət standart diplomatiya deyil, “iPhone diplomatiyası” ilə bağlıdır, buna görə də o, tez-tez telefon zəngləri etmək əvəzinə internet vasitəsilə birbaşa zənglər edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:23 / 14.10.2022
Makron “whatsapp” zənglərinə üstünlük verir – “Mənə elə zəng edin”
Hazırda oxunan: Makron “whatsapp” zənglərinə üstünlük verir – “Mənə elə zəng edin”
Hazırda oxunan: Makron “whatsapp” zənglərinə üstünlük verir – “Mənə elə zəng edin”
99173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.