Küçələrə şəhid adları hansı prinsiplə verilir? – Komissiyadan CAVAB

Küçələrə şəhid adları hansı prinsiplə verilir? – Komissiyadan CAVAB

Hazırda oxunan: Küçələrə şəhid adları hansı prinsiplə verilir? – Komissiyadan CAVAB

99131

Oktyabrın 12-də “Bakının mənasız küçə adları niyə dəyişdirilmir? – Deputatdan ETİRAZ” adlı material dərc etmişdik. Materialda paytaxtımızdakı qəribə və məntiqsiz küçə adlarından söhbət açılmışdı. Eyni zamanda, bu küçələrə şəhidlərimizin adlarının verilməsi ilə bağlı Millət vəkili Etibar Əliyevin də fikirləri yer almışdı.

Səsləndirilən fikirlərə Bakı Şəhər İcra Hakimiyyətinin cavabını da verməyə hazır olduğumuzu bildirmişdik.

Bu gün işra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Küçə adları ilə bağlı Komissiya sorğumuzu cavablandırıb.

Komissiyanın sədr müavini Elmin İmanov Bizim.Media-ya bildirib ki, paytaxtın bəzi qəribə küçə adları artıq dəyişdirilib:

“Həmin küçələrin şoxuna şəhid adları verilib. Hazırda Bakının rayon icra hakimiyyətlərinə rəsmi məktublar daxil olur. Bu müraciətlərə və iş planına uyğun olaraq müvafiq rayonların ərazisində bir sıra küçələrə şəhid adlarının verilməsi ilə bağlı proses davam etdirilir”.

Emin İmanov daha sonra bildirib ki, artıq xeyli küçənin adı dəyişdirilib:

“Şəhid valideynlərinin, ailələrin qaldırdığı məsələləri həssaslıqla qarşılayırıq. Amma bu qanunvericiliklə müəyyən edilən bir aktdır, ondan kənara çıxmaq mümkün deyil. Bu gün əsas üstünlük verilən istiqamət Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adı almış şəhidlərimizin adlarının əbədiləşdirilməsidir.

İstənilən halda, araşdırmalarımız davam etdirilir və qəribə küçə adlarının daha bir hissəsinin yaxın zamanlarda dəyişdirilməsi də həyata keçiriləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO