“Dünən, nəhayət, Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan arasında görüş baş tutub. Maraqlıdır ki, görüşün ardınca rəsmi heç nə deyilməyib.
Hökumət sözçüsü belə görüşlərin vaxtaşırı olduğunu bildirib. Başqa təfərrüatları, söhbətin məzmununu bildirməyi lazım bilməyiblər, üstəlik, hökumətin saytında quru məlumatlar belə yerləşdirilməyib”.
Bizim.Media xəbər verir ki, bu fikirlər “hraparak.am” saytında yerləşdirilib.
“Biz yazmışdıq ki, bazar ertəsi Qarabağdan bir neçə nəfərdən ibarət nümayəndə heyəti Ermənistana gəlib, lakin çərşənbə axşamı nə Paşinyan, nə də digər rəsmilər onları qəbul etməyiblər.
Onlar lap əvvəldən baş nazirlə görüşdə nümayəndə heyətinin bütün üzvlərinin (“xarici işlər naziri” David Babayan, “parlamentin” sədri Artur Tovmasyan, “parlamentin xarici əlaqələr komissiyası”nın sədri, müxalifətçi Vaqram Balayan, Arayikin müşaviri Masis Mailyan) iştirakını istəyirdilər.
Məqsəd Praqada əldə olunan razılaşmalar və “Arsax”ın taleyi haqqında öyrənmək idi. Lakin Paşinyan onların hamısını qəbul etməkdən imtina edərək, qalan rəsmiləri Ermənistandakı həmkarları - xarici işlər naziri, parlament sədrinin qəbul edəcəyini bildirib. Və yalnız Arayik Arutyunyanı qəbul edib. Qalan görüşlər baş tutmayıb.
Ararat Mirzoyan dünən Astanaya uçub, onun ardınca Paşinyan və Mqer Qriqoryan da Qazaxıstana gedəcək. Güman edilir ki, “Arsax” nümayəndə heyətinin qalan görüşləri onların qayıdışından sonra baş tutacaq.
Yeri gəlmişkən, Qarabağda insanlar Ermənistana gedənlərin nə xəbər gətirəcəyini səbirsizliklə gözləyirlər, onlara dünən heç nə deyilməyib”, deyə nəşr yazıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:22 / 13.10.2022
Paşinyan Arayiki niyə tək qəbul etdi? – Bəs digəriləri...
Hazırda oxunan: Paşinyan Arayiki niyə tək qəbul etdi? – Bəs digəriləri...
Hazırda oxunan: Paşinyan Arayiki niyə tək qəbul etdi? – Bəs digəriləri...
99065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.