Bloger Peqov Qarabağdan niyə qaçdı?

Bloger Peqov Qarabağdan niyə qaçdı?

Hazırda oxunan: Bloger Peqov Qarabağdan niyə qaçdı?

990

Qarabağa "WarGonzo"ilə gələn Semyon Peqov qısa müddətdən sonra aradan çıxmaq məcburiyyətində qalıb. Blogeri əvvəl də erməni iş adamı Aram Qabrelyanov maliyyələşdirirdi və Qarabağa da onun tapşırığı ilə gəlmişdi. 

Semyon Peqov təkcə Qarabağda deyil, Ukraynanın Donbas bölgəsində də qərəzli və feyk videolar çəkməklə məşurlaşıb. Peqovun Qarabağda əsas missiyası erməni separatçılarını dəstəkləyən video çəkilişlər edərək, sosial şəbəkələrdə cəbhədə gedən döyüşlərlə bağlı qərəzli məlumatlar yaymaq, insanları çaşdırmaq, Azərbaycan və onun Ordusunu alçaltmaqdan ibarət idi. Ancaq dırnaq arası jurnalistin bu feykləri ifşa olunduqdan sonra, Peqov birdən birə aradan çıxıb. Həm də Azərbaycan Ordusunun Qarabağdakı zəfərləri Peqovu bərk qorxudub. Ona görə də Peqovun Aram Qabrelyanovla aralarında mübahisə də baş verib. Qabrelyanov ondan daha tutarlı materialların hazırlanmasını tələb edib, Azərbaycan ordusuna qarşı “ciddi faktlar” istəyib. Peqov isə Qarabağın təhlükəli, Azərbaycan dronlarının çox vahiməli olduğunu deyib. Dronların onu tapacağından ehtiyat etdiyini bildirib. Bunun da müqabilində Qabrelyanov pullarını geri tələb edib. Sonradan Rusiyanın Xabarovsk şəhərində peyda olan Peqov qaçıb gizlənməsini yeni layihə üzərində işləməsi ilə əlaqələndirib.

 Qeyd edək ki, Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə cinayət işi başlanılıb.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO