Aşıq Namiq ağır QƏZAYA DÜŞDÜ - VİDEO

Aşıq Namiq ağır QƏZAYA DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Aşıq Namiq ağır QƏZAYA DÜŞDÜ - VİDEO

98998

Aşıq Namiq Fərhadoğlu ötən gecə qəza keçirib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında düşdüyü zəncirvari qəzanın anbaan görüntülərini paylaşıb.

Namiqin sözlərinə görə, hadisənin günahkarı arxadan gələn digər nəqliyyat vasitəsi olub.

“İşıqforda qızmızı işıqda dayanmışam. “99-PS-832” dövlət nişanlı avtomobil gəlib məni arxadan vurub, hələ üstəlik məni günahkar çıxarır. Məni arxadan  vuran avtomobil isə onun arxasından gələn “77-HB-375” dövlət nişanlə maşınla vurulub. Mərdimazarı axtarmaqla deyil, bizdən öndə yolda daha bir başqa hadisə olub. Nə bilim? Bunlara nə deyəsən? Hər dəfə deyirsən ki, nəqliyyat vasitəsini insan kimi idarə edin. İçirlər, çəkirlər, hallanırlar belə maşını sürürlər, başım çıxmır. Gəlib avtomobilimi gör necə vurub”, - deyə N.Fərhadoğlu yayımladığı videoda deyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO