BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI

BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI

Hazırda oxunan: BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI

98984

BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın Ukrayna ərazisində keçirdiyi “referendumlar” müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, üzv dövlətlər Ukrayna ərazilərinin “qanunsuz ilhaq cəhdlərini” rədd edib. 

143 ölkə sənədin lehinə, 5 ölkə əleyhinə, 35 ölkə bitərəf qalıb.  Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya əleyhinə səs verib. Səsvermədə bitərəf qalan ölkələr arasında Çin və Hindistan yer alıb. 

Məsələyə Avropa Şurasının katibi Şarl Mişel münasibət bildirib:

“BMT qərarını verdi. Beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini çoxluqla rədd edir. Suverenliyin və ərazi bütövlüyünün qorunması BMT Nizamnaməsinin əsasını təşkil edir”. 

Bildirilib ki, qətnamədə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO