NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Ukrayna Müdafiəsi Təmas Qrupunun iclası çərçivəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş katib şəxsi “Twitter” hesabında məlumat verib.
“Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla yenidən görüşdüyüm üçün məmnunam. Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu kritik anında NATO müttəfiqləri, hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya dəstəyini artırır. Ukrayna qalib gəlməlidir” – deyə Stoltenberq qeyd edib.
Bizim.Media
Good to meet Defence Minister @oleksiireznikov again. At this critical moment in #Russia’s war against #Ukraine, #NATO Allies are stepping up support, including with more air defence. Ukraine must prevail. pic.twitter.com/jzXuAjjmGf
— Jens Stoltenberg (@jensstoltenberg) October 12, 2022