"Təəssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Yunanıstan "Olimpiakos"unun futbolçusu Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı oyunundan əvvəl mətbuat konfransında deyib.
"İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq" - deyə o bildirib.
U.Ba sabah fərqli atmosfer olacağını vurğulayıb: "Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:52 / 12.10.2022
“Sabah aqressiv oynayacağıq” - "Olimpiakos"un futbolçusu
Hazırda oxunan: “Sabah aqressiv oynayacağıq” - "Olimpiakos"un futbolçusu
Hazırda oxunan: “Sabah aqressiv oynayacağıq” - "Olimpiakos"un futbolçusu
98972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.