Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək - FOTO 

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək - FOTO 

Hazırda oxunan: Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək - FOTO 

98947

Azərbaycan Cüdo Federasiyası (AC) ilə Özbəkistan Cüdo Federasiyası (UJF) arasında Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ACF-nin məlumatında bildirilib. 

Məlumata görə, Memorandumun əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq, cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır. 

Eyni zamanda, tərəflər arasında idman tədqiqatları, idman tədbirlərin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlıq qurulacaq. 

Memorandumu UJF-in prezidenti Əzizcan Kamilov və ACF-in vitse-prezidenti Elnur Məmmədli imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO