Ölkə ərazisində müvəqqəti yaşayan vətəndaşlarla bağlı YENİ XƏBƏR – Qeydiyyata alınacaqlar 

Ölkə ərazisində müvəqqəti yaşayan vətəndaşlarla bağlı YENİ XƏBƏR – Qeydiyyata alınacaqlar 

Hazırda oxunan: Ölkə ərazisində müvəqqəti yaşayan vətəndaşlarla bağlı YENİ XƏBƏR – Qeydiyyata alınacaqlar 

98937

Azərbaycanda vətəndaşların ölkə daxilində şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə müvəqqəti yaşama müddəti 1,5 aydan 60 günə artırılır. 

Bizim.Media xəbər verir ki, bu, Dövlət Statistika Komitəsi tərəfindən “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən müvəqqəti yaşama müddəti 60 gün olacaq.

Başqa sözlə, 60 gündən artıq şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə yaşayanlar müvəqqəti yaşama ilə bağlı müvafiq tələbləri yerinə yetirməlidirlər. 

Müvəqqəti yaşayanlar kateqoriyasına müvəqqəti yaşama müddətindən (təhsilin, müalicənin və sair halların başa çatması üçün zəruri olan vaxtdan) asılı olmayaraq 60 gündən artıq müddətə şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsinə gəlmiş aşağıdakı şəxslər aid ediləcək: 

– həmin dairənin ərazisində yerləşən təhsil müəssisələrində oxuduğu müddətdə yataqxanalarda, internat məktəblərində, şəxsi evlərdə (mənzillərdə) yaşayanlar; 

– həmin dairənin ərazisində yerləşən uşaq evlərində tərbiyə alanlar; 

– həmin dairənin ərazisində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində yaşayanlar; 

– həmin dairənin ərazisində yerləşən xəstəxanalarda uzun müddət müalicə olunanlar; 

– müvəqqəti və mövsümi işə, habelə müqavilə (kontrakt) əsasında işləmək üçün gəlmiş şəxslər; 

– həmin dairəyə daxil olmayan yaşayış məntəqələrində daimi qeydiyyatda olan, lakin faktiki olaraq onun ərazisində müvəqqəti yaşayanlar; 

– qulluqla bağlı xidmət yerinə gələrək həmin dairənin ərazisində yaşayan hərbi qulluqçuların və digər şəxslərin ailələri; 

– azadlıqdan məhrumetmə yerindən şərti azad edilmiş və müəyyən müddət ərzində həmin dairənin ərazisində yaşayan şəxslər. 

Müvəqqəti yaşayanların siyahıları xəstəxana, uşaq evi, internat məktəbi, ahıllar və əlilliyi olan şəxslər üçün internat evi və s. üçün ayrıca, həmin idarə və müəssisələrin rəhbərləri ilə birlikdə tərtib edilir. Siyahı blankının yuxarı sol küncündə müvafiq idarənin adı və ünvanı göstərilir, məlumatların doğru-düzgünlüyü isə idarə (müəssisə) rəhbərinin imzası ilə təsdiq edilir. 

Bu idarələrdə işləyərək digər yerdə daimi yaşayanlar müvəqqəti yaşayan şəxslərin daxil edilmir. Onlar yaşadıqları yaşayış məntəqəsi üzrə ev təsərrüfatlarının uçotu kitabında uçota alınırlar.

Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində daimi qeydiyyatda olmayan, lakin bu dairənin ərazisində yerləşən bağ evlərində müvəqqəti yaşayan (məsələn, yay mövsümündə) şəxslər bu siyahıya daxil edilmirlər. İstirahət məqsədləri üçün inzibati ərazi dairəsinin ərazisində ev kirayə götürən şəxslər də siyahıda nəzərə alınmırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO