NATO-nun baş katibi Lukaşenkoya MÜRACİƏT ETDİ

NATO-nun baş katibi Lukaşenkoya MÜRACİƏT ETDİ

Hazırda oxunan: NATO-nun baş katibi Lukaşenkoya MÜRACİƏT ETDİ

98893

NATO-nun baş katibi Yens Stoltenberq Belarus prezidenti Aleksandr Lukaşenkonu ölkəni Ukraynadakı müharibəyə cəlb etməyi dayandırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Biz Belarusun Ukraynaya raket atmaq üçün plasdarm (tramplin) kimi istifadə edildiyini gördük. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə o, qeyd edib.
Bundan əvvəl Aleksandr Lukaşenko Rusiya və Belarusun regional qoşun qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldiyini bildirib. 

Lukaşenkonun sözlərinə görə, Belarusda mindən çox rus hərbçisi yerləşdiriləcək. Kreml mövzu ilə təfərrüatları açıqlamayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO