Basketbol üzrə Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı

Basketbol üzrə Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı

Hazırda oxunan: Basketbol üzrə Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı

98869

Qadınlardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, siyahıda dünyanın 118 yığması yer alıb. 

Azərbaycan millisi siyahıdan kənar qalıb. Buna komandamızın fəaliyyətsizliyi səbəb olub.

Təmsilçimiz uzun müddətdir rəsmi matçlarda iştirak etmir. Yığmamız sonuncu dəfə bu il fevralında açıqlanan cədvəldə 104-cü pillədə qərarlaşmışdı. 

Cədvələ 848,8 xalla ABŞ başçılıq edir. Çin 676,5 xalla ikincidir. Avstraliya üçüncü sırada qərarlaşıb - 668,3. Qardaş Türkiyə yığması 445,4 xalla 11-cidir. 

Qeyd edək ki, qadın millimizin aqibətini daha öncə yaşayan kişi yığmamız son siyahıda cədvələ qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO