Prezident qırğız məktəblilərə atasının şəhadətnaməsini nümunə göstərdi

Prezident qırğız məktəblilərə atasının şəhadətnaməsini nümunə göstərdi

Hazırda oxunan: Prezident qırğız məktəblilərə atasının şəhadətnaməsini nümunə göstərdi

98861

"Təhsil gələcəyə yoldur. Bilik, təhsil o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində qırğızıstanlı məktəblilərə müraciətlə söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılışında iştirak edib - FOTO


Dövlətimizin başçısı deyib ki, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə gənc nəslə örnək daha çox təsir göstərir:

“Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO