İranda internet kəsildi  

İranda internet kəsildi  

Hazırda oxunan: İranda internet kəsildi  

98858

Bu gün, oktyabrın 12-i səhər saatlarından İranın bir çox bölgələrində internet kəsilib və mobil telefon xidmətlərində pozuntular yaranıb.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bundan öncə etirazların işıqlandırılmamasına görə internet kəsintisi saat 16-dan başlayaraq gecə yarısına qədər davam etdiyi halda, indi məhdudiyyətlərin səhər saatlarından tətbiq edildiyi bildirilir.  

Qeyd edək ki, İranda etirazçılara qarşı törədilən qanlı repressiyalara baxmayaraq, ümumxalq tətilləri, nümayişləri və etirazları davam edir.

Oktyabrın 12-də ümumölkə mitinqləri və tətilləri keçirmək üçün Tehran məhəllələrinin gəncləri və neft sənayesi işçiləri tərəfindən yeni çağırışlar edilib.
Tehran Məhəllələrinin Gəncliyi qrupu oktyabrın 12-də yaydığı 9 saylı bildirişdə “saat 12:00-dan səhərə qədər bütün əsas meydan və küçələrdə” mitinqə çağırış edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO