“Ukrayna-Rusiya cəbhəsində nüvə müharibəsi təhlükəsi qalmaqdadır. Bunu diqqətə almamaq olmaz. Faktiki olaraq Rusiya Federasiyasının əlində bundan başqa kart qalmayıb. Məhz rusların oktyabrın 9-u və 10-da Ukraynadakı dinc sakinlərə qarşı həyata keçirdiyi raket zərbələri də bu ehtimalı gücləndirir”.
Bu fikirləri Gürcüstanın Goesiyasi Proqramlar Mərkəzinin direktoru, GUAM-ın keçmiş rəhbəri Valeri Çeçelaşvili Bizim.Media-ya özəl müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada nüvə silahından qorunma TƏLİMLƏRİ - “Bütün Avropanı dəhşət gözləyir”
Gürcü politoloq onu da bildirib ki, indiki halda reallıqda 2 məsələ var:
“Birincisi odur ki, nüvə silahından Rusiya konkret olaraq nə zaman istifadə edə bilər?! Baxmayaraq ki, bunu ehtimal etməyin özü belə qorxuludur.
İkincisi isə nüvə silahından istifadə ediləcəyi ilə bağlı ajiotajın yaradılması. Əslində, Rusiya daha şox ikinci variantdan istifadə edir. Hazırda Rusiya nüvə silahından istifadə edəcəyini söyləyir. Bununla da Rusiya həm Ukrayna, həm də avropalılar arasında həyəcan və təşviş yaratmaq istəyir. Və etiraf edək ki, müəyyən mənada bu istəyinə nail olub.
Lakin Rusiyanın nüvə silahından istifadə etməsi faktiki olaraq bu dövlətin sonunu gətirə bilər. Çünki Qərbdən Rusiyanın bu hədələrinə konkret və məyusedici cavab verilib. Belə ki, bu yaxınlarda ABŞ rəsmiləri bildirdilər ki, əgər Rusiya nüvə silahından istifadə edərsə, onda əks-cavab Rusiya üçün çox dəhşətli ola bilər”.
Bəs, Qərb Rusiyanın nüvə hücumu zamanı hansı əks-tədbirlər görə bilər? Valeri Çeçelaşvilinin fikrincə, Qərbin Rusiyaya cavab zərbəsi 4 istiqamətdə ola bilər:
“Birincisi, Qara dənizdəki Rusiya donanması vurula bilər.
İkincisi, Rusiyanın cəbhə boyu bütün mövqeləri vurula bilər.
Üçüncüsü, nüvə silahının atıldığı hədəflər vurula bilər.
Dördüncüsü, təbii ki, Moskva vurula bilər.
Bütün bu ehtimallar Rusiyanı təhdidlərdən əl şəkməyə vadar edir. Ona görə də Rusiyanın nüvə silahından istifadə etmək imkanları yox dərəcəsindədir”.
Daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media