Bakıda azyaşlılar mağazadan 4000 manatlıq oğurluq ediblər

Bakıda azyaşlılar mağazadan 4000 manatlıq oğurluq ediblər

Hazırda oxunan: Bakıda azyaşlılar mağazadan 4000 manatlıq oğurluq ediblər

98845

Bakıda azyaşlılar mağazadan 4000 manatlıq oğurluq ediblər.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 250 manat pul, 3750 manat dəyərində çanta, qol saatı və geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO