\

\"Reyestrdə olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyət olmayacaq” - MEDİA

Hazırda oxunan: \"Reyestrdə olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyət olmayacaq” - MEDİA

98836

Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq. 

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlər üçün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, vəsiqənin arxasında olan barkod vasitəsilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq:

“Vəsiqə özü-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”. 

Ə. İsmayılov qeyd edib ki, regionlarda mətbuatın fəaliyyətində bəzi problemlər var: 

"Mətbuat Şurası ilə bu mövzuda təhlillər aparılır. Bundan sonra əldə edilmiş məlumatlar əsasında hansı layihələrin həyata keçirilməsi müəyyənləşdiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO