“Rusiyada inqilabi proseslər baş verəcək” - Podolyak əsas planı açıqladı

“Rusiyada inqilabi proseslər baş verəcək” - Podolyak əsas planı açıqladı

Hazırda oxunan: “Rusiyada inqilabi proseslər baş verəcək” - Podolyak əsas planı açıqladı

98829

“Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib. 

“Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün qədər tez zamanda lazımi silahlarla tam təmin etməyə hazır olması ilə bağlıdır. Silahların tədarükü müharibənin yekunlaşmasını kəskin şəkildə sürətləndirəcək. Hərbi əməliyyatlar baxımından Rusiya uduzur. Bu gün Rusiya Federasiyasının yeganə resursu qanadlı raketlər və ərazimizə hücum etdiyi İran pilotsuz təyyarələridir”, - deyə o qeyd edib. 

Rusiyanın məğlubiyyətinin necə görünəcəyindən danışan Podolyak bu prosesi mərhələlərə ayırıb:

"Bunlar Rusiyanın Ukrayna ərazisində hərbi məğlubiyyəti, Ukrayna qoşunlarının suveren tanınmış sərhədlərə çıxarılması və Rusiyanın siyasi sisteminin transformasiyasıdır. Rusiya siyasi elitasının yaddaşlardan silinməsi qaçılmaz olacaq, çünki onlarla danışılası heç nə yoxdur”, - deyə Podolyak əlavə edib. 
Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasında inqilabi proseslər baş verəcək, “zəif demokratiya” yaranacaq. Əsas odur ki, rusiyalıların şovinizminə, imperiya ambisiyalarına göz yumulmasın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO