Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş

Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş

Hazırda oxunan: Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş

98789

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş. 

Bizim.Media xəbər verir ki, hadisə dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində baş verib.

B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb. 

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO