ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskidən Vaşinqtonun yetərsiz yardımından şikayət etməməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Washington Post” (WP) qəzeti Ağ Evin keçmiş rəsmisinə istinadən yazıb.
Nəşr qeyd edir ki, Kiyev saysız-hesabsız yardım alsa da, Zelenski dəfələrlə ABŞ-dan silah, sursat və hərbi texnika tələb edib.
“Bayden Ukrayna lideri ilə şəxsi söhbətində deyib ki, əgər o, nankor kimi görünsə və silah-sursatın kifayət etmədiyini yenə söyləsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, - mənbə WP-yə bildirib.
Qəzetin yazdığına görə, ABŞ-ın siyasi elitasında Ukraynaya dəstək məsələsində parçalanma yaranıb və bu, noyabrda keçiriləcək Konqres seçkilərindən sonra daha da pisləşə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:41 / 12.10.2022
Bayden Zelenskidən GİLEYLƏNDİ
Hazırda oxunan: Bayden Zelenskidən GİLEYLƏNDİ
Hazırda oxunan: Bayden Zelenskidən GİLEYLƏNDİ
98787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.