Çempionlar Liqası:

Çempionlar Liqası: "Mançester Siti" 1/8 finala vəsiqəni təmin etdi – NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqası: "Mançester Siti" 1/8 finala vəsiqəni təmin etdi – NƏTİCƏLƏR

98772

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

G qrupunda çıxış edən İngiltərənin "Mançester Siti" klubu Danimarkada "Kopenhagen"lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund "Borussiya"sının Almaniyada İspaniya "Sevilya"sından xal alması "şəhərlilər"i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Avstriya "Zaltsburq"u ilə sülh bağlayıb. 25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"a 2 cavabsız qolla qalib gəlib.

Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. Ukraynanın "Şaxtyor" (Donetsk) komandası gözlənilmədən İspaniya "Real Madrid"ini büdrədib.

Daha əvvəl H qrupunda Hayfa "Makkabi"si İsraildə İtaliya "Yuventus"unu yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya "Benfika"sının müqavimətini qıra bilməyib.
Qeyd edək ki, IV turun digər 8 oyunu bu gün keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO