"Ərdoğanın o sözü regionda geosiyasi dəyişiklikləri ehtiva edirdi" - Hikmət Hacıyev

Hazırda oxunan: "Ərdoğanın o sözü regionda geosiyasi dəyişiklikləri ehtiva edirdi" - Hikmət Hacıyev

9877

“2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində Ermənistan “Tovuz hadisələri” adlanan təxribatı törədən zaman başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi”.

 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “İşğal bitib" - VİDEO


Bizim.Media-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib element idi:

“Azərbaycan xalqı Qələbəyə nə qədər sevindisə, qardaş Türkiyə xalqı və insanları da o qədər sevinmiş oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO